Məktəbimizin şagirdi milli rəqslər üzrə Avropa çempionatında iştirak edib. Rusiyanın Moskva şəhərində 53 ölkədən 5 mindən artıq rəqqasın iştirak etdiyi yarışın nəticələrinə görə Azərbaycandan gedən komanada ilk beşlikdə qərarlaşıb.
Çempionatda məktəbimizin şagirdi Emilya Məmmədova digər Bakı məktəbliləri ilə birgə qrup tərkibində etdikləri rəqsə görə II yerə layiq görülüblər. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.
Şagirdimiz Emilyanı və onunla bərabər uğur qazanan digər uşaqları təbrik edir, uğurlarının davamını diləyirik.
Məktəbimizin şagirdi Məmmədli Musa Türkiyədə keçirilən “2-ci Uluslararası Şehzadeler Kenti Türkiye Açık Kyokushin Kata ve Kumite Şampiyonası”da iştirak edib.
Türkiyə Kung Fu Federasiyasının təşkil etdiyi çempionat Yeni Amasya idman salonunda baş tutub. Yarışa Türkiyə, Azərbaycan, Qazaxıstan, İraq, İran, Suriya, Banqladeş, Pakistan, Rusiya, Tunis ve Dağıstan olmaqla 10 ölkədən cəmi 480 idmançı qatılıb. Şagirdimiz 40 kq-lılar arasında I yeri qazanıb. Bir müddət əvvəl Musa Bakı çempionu da olmuşdu. Onu təbrik edir, uğurlarının davamını diləyirik.