Kosmonavtika Günü münasibətilə tədbir keçirilib

12 Aprel - Dünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin “Vostok” kosmik gəmisi ilə orbitə çıxıb. Kosmik gəmi 1 saat 48 dəqiqə Yer kürəsi ətrafında dövr edib və Rusiyanın Saratov vilayəti ərazisində uğurla yerə enib. Keçmiş SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli qərarı ilə 12 Aprel - Dünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda bu gün bir çox ölkələr tərəfindən qeyd olunur.

Məktəbimizin fizika müəllimi Larisa Yuryevna Polosuxinanın rəhbərliyi, valideynlərin dəstəyi və 7 “B” sinif şagirdlərinin iştirakı ilə Kosmonavtika Günü münasibətilə tədbir keçirilib. Tədbirdə kosmosla bağlı geniş məlumatlar verilib. Şagirdlər öz biliklərini paylaşıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi