Psixoloji söhbət

             IX sinif şagirdləri ilə psixoloji söhbət aparıldı.Təlim  buraxılış siniflərində şagirdlərdə  imtahan öncəsi yaşanan stress və həyəcanın aradan qaldırılması mövzusuna həsr olunmuşdu. Psixoloq  imtahanqabağı stressin, depressiya və yorğunluğun   şagirdlərin üzləşdiyi əsas problemlərdən olduğunu qeyd etdi. Statistikaya görə, şagird və abituriyentlərin 96 faizinin imtahan zamanı stress altında olmasını və bu stressin hətta yetərincə biliyi olanların belə yaxşı nəticə göstərmələrinə əngəl olduğundan və bu kimi əngəllərin  qarşısının alınması üsullarından, imtahan öncəsi şagirdlərin “görəsən sualları yaza biləcəm?”, “valideynlərimə nə deyəcəyəm ?”, “qohumlar haqqımda nə fikirləşəcək ?” kimi suallar ətrafında düşüncələrindən danışdı və bu səpkidə olan problemlərin həlli yollarından söhbət açdı. O,  imtahandan öncəki 1-2 günün ancaq istirahətə və bu zamanadək alınan  biliklərin sistemləşdirilməsinə sərf olunmasını, qida rejiminə xüsusilə düzgün əməl edilməsini  vurğuladı, öz məsləhət və tövsiyələrini verdi.

               Psixoloq həmçinin müəllim-şagird münasibətləri və bu münasibətlərdən doğan psixoloji məsələlərə, ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinə,daxili nəzarət və davranış qaydalarına əməl olunmasına və s. kimi mövzulara da toxundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi