“Şahin” hərbi-idman oyunları

           Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən, gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman oyunlarında

( Əsasnaməyə müvafiq olaraq) bizim məktəbin şagirdlərindən ibarət komanda iştirak etdi. Komandalar VIII və X siniflər üzrə, hər sinifdən 5 oğlan və 2 qız olmaqla təşkil olunmuşdu.Şagirdlərimiz yarışda fəal iştirak edərək, rayon üzrə təmsil olunan 32 məktəb arasında  ilk onluq sıralarına  daxil ola bildilər və növbəti -  II mərhələyə vəsiqə qazandılar.

 Tədbirdə çağırışaqədərki hazırlıq müəllimi Z.Qarayev və fiziki tərbiyə müəllimi E.Babayev  iştirak edirdilər.

          “Şahin” hərbi-idman oyunlarının keçirilməsində məqsəd gənclərdə vətənpərvərlik tərbiyəsinin formalaşmasına təsir etmək, eyni zamanda məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik göstərməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi