Virtual görüş

      Bu gün direktor Qənirə Sultanovanın rəhbərliyi və məktəbin bir qrup ibtidai sinif müəllimlərinin iştirakı ilə məsafədən- virtual görüş təşkil olundu. Məktəb rəhbəri ilk olaraq, müəllimlərin hər birinə bu ağır günlərdə nümayiş etdirdikləri fədakarlıq üçün təşəkkür etdi. Daha sonra iclas üzvlərinə şagidlərin "Virtual məktəb" saytında qeydiyyatdan keçilməsinin təmin olunması tapşırıldı, eləcə də, online dərslərin keçilməsinin davamlılığı və bu dərslərə nəzarətin gücləndirilməsi barədə müvafiq göstərişlər verildi, eyni zamanda, müəllimlərə onlayn dərslərə daha çox şagirdin cəlb edilməsini və zəif şagidlərlə daha çox işləməkləri tövsiyə olundu. İclasda həmçinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil edilən "Böyük zəfərin başlanğıcı!” mövzusunda online rəsm müsabiqəsinin keçirilməsi və s.məsələlər də müzakirə olundu, mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı. 

      Virtual formada keçirilən görüşün sonunda məktəb rəhbəri pedaqoi kollektivə bu çətin günlərdə bir-birlərinə dəstək olmağa çağırış etdi, daha çox uğur əldə etmə imkanlarının bol olmasını arzuladı.

      Qeyd edək ki, rəhbərliyin növbəti günlərdə də yuxarı sinif müəllimləri ilə onlayn görüşlərin planlaşdırılması nəzərdə tutulur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi