XOCALI SOYQIRIMI-qan yaddaşımız!

      

     Xocalı soyqırımı-Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri...

       Xocalı soyqırımının 28-ci il dönümü münasibətilə Xocalı şəhərində törədilmiş, bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran bu soyqırım haqqında şagirdləri məlumatlandırmaq, Xocalı soyqırımının  ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayət hadisəsi olduğunu xatırlatmaq məqsədilə məktəbdə bir sıra silsilə tədbirlər təşkil olundu.

        Belə ki, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi H.Vəliyevanın təşkilatçılığı ilə 6b sinif şagirdlərinin iştirakı ilə Xocalı soyqırımına həsr edilmiş “Dəyirmi masa” keçirildi. İştirakçılar ilk olaraq faciə zamanı qətlə yetirilmiş həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Daha sonra H.Vəliyeva bu faciəvi tarix barədə şagirdlərə məlumat verdi. Görüşdə şagirdlərin təqdimatında "Xocalı soyqırımı"na həsr olunmuş şerlər söylənildi, kiçikhəcmli ədəbi-bədii kompozisiyalar nümayiş olundu. Monitorun ekranında bu tarixi az da olsa özündə əks etdirən foto şəkillər və video kadrlar görüntüləndi.  

        Məktəbin foyesində də Xocalı faciəsinə həsr olunmuş rəsm işləri sərgiləndi. Şagirdlərin bədii təxəyyül süzgəsindən keçən düşüncələri bu rəsmlərdə məharətlə əks olunmuşdu. 

        Məktəbin bir qrup müəllim və şagirdi Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış  “Ana fəryadı” abidə kompleksinə yürüş etdilər. Məktəblilər təzə-tər qərənfil  çələngini abidənin önünə qoyaraq Xocalı şəhidlərini bir dəqiqəlik sükutla yad etdilər.

        Xatırladaq ki,hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad edir, qan yaddaşımız olan Xocalını heç zaman unutmayacaqlarını bəyan edirlər.

        Biz də bu faciənin qurbanlarına Allahdan rəhmət diləyir, ailələrinə səbr arzulayırıq!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi