Mehinbanu Bayramlı Ceyhun
N. Babayev adına 144 nömrəli tam orta məktəbin 7 a sinif şagirdi Mehinbanu Bayramlı Rusiya Federasiyasının Rostov- Don şəhərində 01.12.2021- ci tarixində onlayn keçirilən “Снежная увертюра» Beynəlxalq müsabiqəsində Qanun( Kanon) alətində ifa üzrə l yerə layiq görülmüşdür.
Mehinbanu qızımızı təbrik edir və müvəffəqiyyətlər arzulayırıq.Yeni nailiyyətlərini səbirsizliklə gözləyirik.
Mehinbanu Bayramlı Ceyhun
Mehinbanu Bayramlı (8 -ci sinif) Türk səfirliyində
Türkiyə səfirliyində Beynəlxalq Türk Mədəniyyəti və İrsi fondunun təşkilatçılığı ilə Azərbaycanın dahi bəstəkarı, musiqişünas alimi, publisisti, dramaturqu, pedaqoqu olan Üzeyir Hacıbəyovun 135 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev, diplomatik korpusun nümayəndələri, səfirlər, dövlət rəsmiləri iştirak ediblər.
Tədbirdə məktəbimizin 8a sinif şagirdi Mehinbanu Bayramlı da "Buta" qanunçalanlar qrupunun tərkibində kanonda Üzeyir Hacıbəyovun əsərlərini səsləndirmiş, səhnəciklərdə rol almışdır.
Bu gözəl tədbirin sonunda xatirə şəkli çəkilmişdir.