Uşaq Hüquqları Konvensiyası

141 saylı tam orta məktəbin tarix müəllimi Hacıyeva Esmiralda 9cu sinif şagirdləri ilə Uşaq Hüquqları adlı dəirmi masa keçirmişdir. Uşaq Hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanın ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər.. Müəllimə şagirdlərə Konvensiya tərəfindən qorunan hüquqların bölündüyü 4 kateqoriya ilə yaxından tanış edir.Uşaq hüquqları Konvensiyası 54 maddədən ibarətdir. Onların hər biri ayrı-ayrı hüquqlar haqda məlumat verir. Bütün hüquqlar 4 geniş kateqoriyaya bölünə bilər:
- İnkişaf hüquqları – bu hüquqlar uşaqların öz potensiallarının tam inkişafına olan ehtiyaclarını təmin edir.
- Müdafiə hüquqları – bu hüquqlar uşaqları müxtəlif növ zorakılıq və istismardan qorumalıdır
- İştirak hüquqları – bu hüquqlar uşaqlara yaşadıqları cəmiyyətdə fəal iştirak etməyə imkan yaradır.
- Yaşamaq hüquqları – bunlara uşaqların yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqları aiddir.