Suraxanı rayonu Rəsul Ənnağıyev adına 141 nömrəli tam orta məktəb 1935-ci ildə təsis olunmuşdur. 2006-cı ildə məktəbdə yardımçı korpus inşa edilmişdir. Məktəb 2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunmuş və əlavə 10 sinif otağı tikilib istifadəyə verilmişdir. Məktəbdə kimya, fizika, informatika kabinetləri, 2 emalatxana var. Məktəbdə azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Məktəbdə 65 sinifdə 2179 şagird təhsil alır. Onlardan azərbaycan bölməsinin 31 sinifində 923 şagird, rus bölməsinin 34 sinfində 1152 şagird təhsil alır. Məktəbin 2 fərdi və 4 m/ haz. sinfi də var. Məktəbə hazırlıq Az. bölməsində 52 şagird, rus bölməsində 52 şagird var. Azərbaycan bölməsində - 923+52=975 şagird, Rus bölməsində - 1152+52=1204 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 110 müəllim məşğul olur. Müəllim şagird nisbəti 1/16 dır. Məktəbdə "Elektron layihə" həyata keçirilmişdir. Bütün ibtidai siniflər və əksər yuxarı siniflər proyektorlar və elektron lövhələrlə təchiz olunmuşdur.Məktəbin güclü pedaqoji kadr potensialı var. Hər il qəbul imtahanlarına yüksək bal toplayaraq, ali məktəblərə qəbul olan məzunlar var. Məktəbin fiziki tərbiyə sahəsində çox böyük uğurları var. Rayon və şəhər turunda keçirilən və beynəlxalq yarışlarda məktəbin komandaları qalib gələrək hər zaman I-III yerləri tutmuş, fəxri fərman və diplomlarla təltif olunmuşlar.