FƏXRİMİZ

  Rəsul Əlioş oğlu Ənnağıyev 1973-cü il iyunun 29 da Bakı şəhərində anadan olmuşdur. 1980 ci ildə 141 nömrəli tam orta məktəbin I sinfinə getmiş, 1990- cı ildə həmin məktəbi bitirmişdir. Həmin ildə də Azərbaycan Memarlıq və İnşaat texnikomuna daxil olmuşdur. 

  1991-ci ildə hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini Daxili qoşunlarda etmişdir. 

  1992 - 1993 -cü illərdə hərbi xidmətini Azərbaycanın azadlığı uğrunda gedən döyüşlərdə davam etmişdir.. O, Ağdamın Canyataq, Gülyataq kəndləri və Ağdərənin Güllücə kəndində və s. döyüş bölgələrində iştirak  etmişdir.

 1993- cü il martın 18-də Ağdərə rayomu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 1993-cü il martın 19-da Bakıda "Şəhidlər Xiyabanı" nda dəfn olunmuşdur.

  R.Ənnağıyev  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 09.03.2007-ci il tarixdə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.

Diqqətinizə çatdırırıq ki, 1998-ci ildə Suraxanı rayonu 141 nömrəli tam orta məktəbə şəhid Rəsul Ənnağıyevin adı verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi