23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilmişdir. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. 23 Aprel - Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür.
Aprel ayı və bütün il boyu təkbaşına və ya uşaqlarınızla birlikdə oxumağa vaxt ayırmaq vacibdir.Kitab oxumağın vacibliyini qeyd etmək, uşaqların oxucu kimi böyüməsinə şərait yaratmaq və ömür boyu ədəbiyyata sevgi və iş dünyasına inteqrasiyanı təşviq etmək vaxtıdır.
Məktəbin yuxarı sinif şagirdləri “Gəlin birgə oxuyaq!” şüarı altında “Oxu günü” təşkil edib. Şagirdlər öz sevimli kitablarından sinif yoldaşlarına məlumat verdilər.