“Konstitusiya və Suverenlik İli”

Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin "Milli Dövlətçilik və Konstitusiya: Məktəblilərlə Strateji Dialoq" adlı layihəsi çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda gənclərlə görüş keçirildi.
Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanan görüşdə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı videoçarx nümayiş olunub.
Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümüdür. Bu münasibətlə, eləcə də Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ərəfəsində gənclərlə maarifləndirici görüşlərin keçirilməsi onların vətənə layiqli vətəndaşlar kimi yetişməsi, cəmiyyətdə sağlam mövqe tutması baxımından çox əhəmiyyətlidir.