Tullantıların təkrar emalı "yaşıl gələcəy"in təminatına dəstək verir

Təkrar emal həm təbii mühit üçün, həm də bizim üçün vacibdir. Tullantılar təbii mühitə böyük mənfi təsir göstərir.Təkrar emal etməklə təbii ehtiyatları gələcək nəsillər üçün qoruyuruq, çünki təkrar emal xammal ehtiyacını azaldır.
Təkrar emal evdə başlayır.Köhnə məhsullarınızdan heç birini atmırsınızsa və bunun əvəzinə yeni bir şey üçün istifadə edirsinizsə - təkrar emal edirsiniz. Məktəbin 8- ci sinif şagirdləri də təkrar emal aksiyasına qoşuldular.
Təkrar emal ətraf mühitin təmiz olmasına kömək edir. İstehsal olunan tullantıların miqdarını azaldır. Zibilxanaların və yandırıcıların həddindən artıq yüklənməsinin qarşısını alır. Ailənin iqtisadiyyatını saxlayır və qoruyur. Yeni iş imkanları yaratmağa kömək edir. Tullantıları atarkən daha az yer tutmaq üçün yandırdığımızda nə baş verir? Şiddətli hava çirklənməsinə səbəb oluruq! Hamımız öz üzərimizə düşəni edə bilərik və çox böyük dəyişiklik edəcəyik!