Təhsil müəssisələrində psixoloji xidmətin təşkili

Psixoloji xidmət valideynlər və ya digər qanuni nümayəndələr, təhsil müəssisəsinin rəhbərliyi və pedaqoji işçiləri ilə əməkdaşlıq vasitəsilə təhsilalanların psixoloji vəziyyətinin, təhsil fəaliyyətinin, sosial-mənəvi problemlərinin öyrənilməsini və onlara psixoloji dəstəyin göstərilməsini, onların proqressiv psixi inkişafını, meyil, maraq və potensialının reallaşdırılmasını, habelə mümkün psixi pozuntuların profilaktikasını təmin edir. İllik fəaliyyət planında psixoloji maarifləndirmə, psixoloji profilaktika, psixoloji konsultasiya istiqamətləri üzrə tədbirlər, həmçinin il ərzində keçiriləcək seminarlar, dəyirmi masalar, müzakirələr öz əksini tapır. İllik fəaliyyət planında dəyişikliklər psixoloqun əsaslandırılmış təklifləri əsasında təhsil müəssisəsinin rəhbəri tərəfindən həyata keçirilir.