"Novruz bayramı və mətbəx mədəniyyətimiz

Məktəbdə "Novruz bayramı və mətbəx mədəniyyətimiz" adlı kulinariya günləri təşkil olunmuşdur. Kulinariya günlərində müəllimlər şagirdlərə Novruz bayramında süfrələri bəzəyən milli mətbəximiz barədə məlumat verdilər. Bayramın hansı xalqa məxsusluğunu təsdiqləyən faktları üzə çıxarmaq üçün ilk növbədə, ən mötəbər mənbə, Novruz süfrəsinə qoyulan bayram şirniyyatlarıdır. Novruz süfrəsini bəzəyən bayram şirniyyatlarının üzərindəki rəmzi işarələrin, əcdadların erkən mifoloji düşüncəsini, astroloji baxışlarının əksi olduğunu necə inkar edə bilərik?!

Novruz süfrəsinin təkcə ləzzətli və tamlı şirniyyatları deyil, eyni zamanda, onların üzərindəki əski zamanların simvolları, astroloji atributların ölçü və qəlibləri heyrətə gətirir. Yalnız xalqımıza məxsus "Şorqoğalı"nın Günəşin rəmzi ölçülərini və ona bəslənən etiqadları əks etdirməsi, şəkərburanın on beş günlük Ayın rəmzi mənasını, bayram paxlavalarının ulduzlar sistemi simvollarını ifadə etməsi, bu kimi bir çox başqa rəmzlər Novruzun xalqımızın tarixində qədim köklərə və təsəvvürlərə malik olduğunu bir daha təsdiqləməkdədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi