“Küləyə qarşı gəl” şüarı altında keçirilən Bakı Marafonu

        “Küləyə qarşı gəl” şüarı altında keçirilən Bakı Marafonu, 2016-cı ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunur. Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafını dəstəkləmək və sağlam həyat tərzini təşviq etməkdir.

Bu tədbir, hər il minlərlə iştirakçını bir araya gətirərək, həm peşəkar idmançılar, həm də müxtəlif yaş və peşə sahiblərindən olan şəxslərin iştirakı ilə həyata keçirilir. 2025-ci ildə keçirilən marafonda rekord sayda – təxminən 28,000 iştirakçı qeydiyyatdan keçmişdir.

Marafonun marşrutu Dövlət Bayrağı Meydanından başlayaraq, Dənizkənarı bulvar, Neftçilər prospekti, Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Üzeyir Hacıbəyli küçəsi və Bibiheybət yolu kimi şəhərin əsas küçə və prospektlərini əhatə edir. Yarışda məktəbimizin şagirdləri Xalıqov Nihad və Ataxan 21 km qaçaraq 30.000 nəfər içərisindən ilk 2000-ə düşərək uğurla medal əldə ediblər. Onları bu əzmkarlığı və iradələrinə görə təbrik edir, gələcək yarışlarda daha böyük nailiyyətlər arzulayırıq! İrəli, gənclər, irəli!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi