“Farhouse Neon Art “ muzeyinə ekskursiya

May ayının 1-i məktəbimizin 3a sinif şagirdləri sinif rəhbəri Aynur Camalovanın təşkilatçılığı ilə ibtidai sinif şagirdlərinin yaz tətili günlərini əyləncəli keçirtmək məqsədi ilə rəssam Fərid Ələkbərovun yaratdığı “Farhouse Neon Art “ muzeyinə ekskursiyaya getmişdilər. Muzey gəzintisi şagirdlərin ürəyincə oldu. Muzeydə təşkil olunan master-klasslar uşaqlar tərəfindən maraqla qarşılandı.