"Salam doğma məktəb" adlı tədbir

15.09.2023-cü il tarixdə Bakı şəhəri 135 saylı məktəbdə Bilik Günü ilə əlaqədar "Salam doğma məktəb" adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Ş. Qurbanova açmışdır. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Mübariz müəllim də iştirak etmişdir. Rəsmi hissədən sonra şagirdlərin ifasında səslənən şeirlər, musiqi nömrələri maraqla qarşılanmışdır.