"Məktəbin uğuru"

Məktəbin 7 "A"sinif şagirdi Ənvər Səfərovdan böyük uğur!
12–14 sentyabr 2025-ci il tarixlərində Rumıniyanın Timişoara şəhərində keçirilmiş XXI Avropa Goju-Ryu Karate Federasiyasının çempionatında Ənvər Səfərov 12–13 yaşlı oğlanlar arasında komanda kumite yarışında 1-ci yerə layiq görülərək qızıl medal qazanıb və Avropa çempionu olub!
Məktəb rəhbərliyi və kollektiv adından Ənvəri ürəkdən təbrik edir, ona gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq!