Kiçik Akademiya

Məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” barədə ümumi məlumatŞ.Əfəndizadə adına 13 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 2015-ci il tarixdən fəaliyyətə başlayıb. İlk gündən əsas məqsədimiz IX-XI siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarət olub. Şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmaq, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq da əsas hədəflərimizdəndir. Məktəbdə “Kiçik Akademiya” çərçivəsində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi bölmələr fəaliyyət göstərir. Bölmələr öz növbəsində kafedralara ayrılıb. Məsələn, humanitar bölməsində Azərbaycan dili, mütaliə sevərlər, hərbi vətənpərvərlik, tarix kafedraları mövcuddur. Yeni tədris ilindən başlayaraq məktəbdə “Kiçik Akademiya” çərçivəsində zəruri işlər həyata keçirilib. Belə ki, “Kiçik Akademiya”nın fəaliyyət planı hazırlanaraq təsdiq edilib. Sentyabr - oktyabr ayları ərzində IX sinif şagirdlərinin meyl və maraqları nəzərə alınmaqla “Kiçik Akademiya”nın müəyyən bölmələri üzrə üzvlüyə qəbul edilib. “Kiçik Akademiya”nın şagirdləri müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə məruzə, referat və hesabatlar hazırlayıblar. “Kiçik Akademiya”nın fəaliyyət planına əsasən, hər kafedranın öz aylıqları keçirilib. Aylıqlar çərçivəsində şagirdlərin kiçik elmi tədqiqat işlərinin təqdimatları, tarixi əlamətdar günlər və yubileylərlə bağlı müsabiqə və viktorina, elmi-təcrübi konfrans, dəyirmi masalar, görüşlər təşkil olunub. 2018-2019-cu tədris ilində “Kiçik Akademiya”nın üzvləri aşağıda qeyd olunan tətqiqat işlərini aparıb. “Su damlasını qoruyaq” - 11 “A” sinif şagirdi Tural Salmanov “Gündəlik işlətdiyimiz bəzi vasitələrin xeyri və zərəri” - 10 “A” sinif şagirdi Ömər İsrafilli ”Biogeosenozda qida zəncirinin qırılma səbəbləri” - 11 “A” sinif şagirdi Məryəm Moqbalıyeva “Azərbaycan xalçaları” - 8 “A” sinif şagirdi Qızılgül Zeynallı Məktəb Kiçik Akademiyanın tərkibi aşağıdakı kimidir: Prezident - Quliyev Yunis (9b) I vitse prezident – Məhərrəmova Zeynəb (11a) II vitse prezident – Salmanov Tural (11a) III vitse prezident – Nuriyev Ceyhun (11a) Kafedra rəhbərləri: Hərbi vətənpərvərlik kafedrası – İskəndərli Rəsul (9a) Azərbaycan dili kafedrası – Səftərli Günel (9c) Təsviri incəsənət kafedrası – Babaqızı Cəmalə (11a) Fizika kafedrası – Cəfərzadə Cavidan (9a) Coğrafiya kafedrası – Məmmədova Nigar (10b) Riyaziyyat kafedrası – Sadıqov Hacırza (10c) Informatika kafedrası – Həmzəyev Baxış (9ç) Tarix kafedrası – İlyasova Nərmin (10a-hum) Mütaliə sevənlər – Zülfüqarova Xəyalə (9b) Kimya\biologiya kafedrası – Həşimova İlahə (9ç) Musiqi kafedrası – İbadov Mirseyid (10a) Fiziki tərbiyə kafedrası - Məcidli Orxan (9c) Ingilis dili kafedrası – Şərifzadə Mehriban (10b) Rus dili kafedrası – Əhədov Riyad (10b) Məktəbin Kiçik Akademiyası qarşıda duran məsələlərə çatmaq üçün elmin təbliği, elmlə təhsilin vəhdətinin yaradılması istiqamətində reallaşdırılan layihələr həyata keçirir və çərçivədə işlərin genişləndirilməsini planlaşdırır.

Ətraflı
HAQQIMIZDA

Müstəqil Azərbaycanın gələcək taleyi bu günün məktəbindən, təhsilindən asılıdır. Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndərimiz Heydər Əliyev əbəs yerə deməmişdir: “Təhsil millətin gələcəyidir”! Təhsili olma...

BİZİM FƏXRLƏRİMİZ

Emil Hacıyev Ramiz

Elnarə Qafarlı Eldar

HAQQIMIZDA

Müstəqil Azərbaycanın gələcək taleyi bu günün məktəbindən, təhsilindən asılıdır. Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndərimiz Heydər Əliyev əbəs yerə deməmişdir: “Təhsil millətin gələcəyidir”! Təhsili olma...

BİZİM FƏXRLƏRİMİZ

Emil Hacıyev Ramiz

Elnarə Qafarlı Eldar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi