Müstəqil Azərbaycanın gələcək taleyi bu günün məktəbindən, təhsilindən asılıdır. Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndərimiz Heydər Əliyev əbəs yerə deməmişdir: “Təhsil millətin gələcəyidir”! Təhsili olmayan millət həyatda heç bir uğura imza ata bilməz. Möhtərəm prezident İlham Əliyev cənabları təhsilimizə həmişə böyük diqqət və qayğı göstərərək öz çıxışlarında bildirir ki, “Gənc nəslimiz bilikli, savadlı olmalı, vətənpərvərlik ruhunda tərbiyə edilməlidir” “Yeniləşən Azərbaycana Yeni məktəblər” proqramının müəllifi, Azərbaycanın 1-ci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın təhsilimizə göstərdiyi diqqət və qayğı əvəzsiz və misilsizdir. Bu qədər diqqət və qayğının nəticəsidir ki, gündən-günə inkişaf edib, gözəlləşən məktəblərimiz çoxdur və bunların arasında 13№-li tam orta məktəbin öz yeri var. Məktəb 1965-ci ildən Bakı şəhərinin Yasamal rayonunda fəaliyyət göstərir. Məktəbin güclü pedaqoji kadr potensialı var. Hal-hazırda məktəbimizin direktoru Respublikanın Əməkdar müəllimi, “Qızıl qələm” mükafatı laureatıdır. 2019-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən "Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi " yubiley medalı ilə təltif olunmuşdur. Məktəbdə 1340 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 100-ə yaxın müəllim məşğul olur. Hal-hazırda məktəb rus dili fənni üzrə pilot məktəbi kimi fəaliyyət göstərir. Həmçinin Rəqəmsal bacarıqlar layihəsi 3,4,5,6,7,8,9-cu siniflərdə və STEAM layihəsi isə 6,7 və 8-ci siniflərdə tətbiq olunur. DİM tərəfində keçirilən ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən 2019-cu ildə məktəbi bitirən məzunların 80%-dən çoxu yüksək ballarla müxtəlif ali məktəblərə qəbul olmuşdur. 8 nəfər 500-dən yuxarı, 2 nəfər isə 600-dən yuxarı bal toplamışdır. Məktəbin tarixində bir ilk olaraq 11a sinfini bitirən 22 nəfər məzun 100% nəticə ilə tələbə adını qazanmışdır. Belə ki, bu il 600-dən yuxarı bal toplayan 2 nəfər məzunun hər ikisi də 11a sinfinin məzunudur. Məhərrəmova Zeynəb 634 bal ,Salmanov Tural isə 628 bal toplamışdır. 2018-ci il məzunlarından 2 nəfər 600-dən yuksək bal toplamışdır. Əliyeva Sevinc 678 bal, Ramazanova Məryəm isə 607 bal toplamışdır.2017- ci ildə qəbul imtahanlarında cari ildə XI sinfi bitirən şagirdlərimiz Orucov Şahin Çingiz oğlu 673 bal, Aysu Anar qızı isə 645 bal toplayaraq ali məktəbə qəbul olmuşdur.2016- cı ildə XI sinfi bitirən şagirdimiz Abdullayeva Fidan Hikmət qızı qəbul imtahanlarında topladığı 682 balla yüksək nəticə güstərərək Prezident təqaüdünə layiq görülmüşdur.Həmin ildə XI sinfi bitirən məzunlarımız Məmmədova Nərmin 622 bal, Hüseynova Gülnarə isə 600 bal toplayaraq tələbə adını qazanmışdır. 2015-ci ildə XI sinifi bitirən şagirdimiz Qafarlı Elnarə isə fənn olimpiadalarının respublika turunda III yerə çıxaraq Bürünc medalla təltif olunmuşdur. .Məktəbin fiziki tərbiyə sahəsində çox böyük uğurları var. Rayon və şəhər turunda keçirilən spartakiada və yarışlarda məktəbin doğma komandaları qalib gələrək hər zaman I-III yerləri tutmuş, fəxri fərman və diplomlarla təltif olunmuşlar. 2015-ci ildə 50 illiyini qeyd edən bu məktəbin yüzlərlə məzunu ali təhsil alıb respublikamızın ictimai, siyasi, sosial, mədəni həyatına öz tövhəsini vermiş və verməkdədir. Bu gün məktəbin onlarla məzunu müstəqil respublikamızın ali təhsil ocaqlarında, elmi müəssisələrində, icra orqanlarında, sosial sferada ləyaqətlə çalışır. Məktəbi bitirən idmançılarımız doğma məktəblərinin adını uca tuturlar.1982-ci ildə məktəbə şərq klassik ədəbiyyatını mükəmməl mənimsəmiş, görkəmli pedaqoq Şəfiqə Əfəndizadənin adı verilmişdir. Heydər Əliyev fondunun prezidenti, millət vəkili, respublikanın 1-ci xanımı, təhsilimizin hamisi Mehriban Əliyevanın təşəbbüsü ilə 2011-ci ildə məktəb yenidən qurulmuş, əsaslı təmir olunmuş, müasir avadanlıqlarla təmin edilmişdir. Bu gün 13 №li tam orta məktəb XXI əsrin tələblərinə cavab verən,müasir təhsil ocaqlarından biri kimi fəaliyyətini davam etdirir.