"Bilik Günü"

Məktəbdə 2025/2026-cı tədris ilinin başlanması münasibətilə "Bilik Günü" tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və KA-nın Himni ilə başladı, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini hörmətli Təravət xanım Muradova, məktəb kollektivi, birincilər və onların valideynləri iştirak etdilər.
Təravət xanım Muradova və məktəbin direktoru, Əməkdar müəllim Yaqut xanım Sadıqova çıxış edərək birinciləri, müəllimləri və valideynləri təbrik etdilər, onlara yeni dərs ilində uğurlar arzuladılar.
Bədii hissədən sonra birincilər “İlk zəng” sədaları altında siniflərə daxil oldular.
II-XI siniflərdə ilk dərs saatı “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olundu.