“Kiçik Akademiya” təqdimatları” adlı rayon konfransı

    23.05.2023-cü il tarixdə məktəbimizdə “Kiçik Akademiya” təqdimatları” adlı rayon konfransı keçirildi. Konfransda Yasamal rayonunun məktəb direktorları, KA-nın prezidentləri və rəhbərləri iştirak etdi. Konfrans məktəbin KA-nın rəhbəri Gülsüm Sadıqova və UBR-i Çinarə Ağayeva tərəfindən təşkil edilmişdir. Konfrans məktəbimizin direktoru, Əməkdar müəllim Yaqut Sadıqovanın çıxışı ilə başladı. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni və məktəbin KA-nın himni səslənərək açıq elan edildi. Konfransda məktəb nümayəndələri öz təqdimatları ilə çıxış etdilər. Təqdimatlar bir-birindən maraqlı və rəngarəngliyi ilə seçildi. Konfransın bədii hissəsində məktəbimizin musiqi kafedrasının şagirdləri öz istedadlarını nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi