Anım günü ilə bağlı tədbir keçirildi

 

27 sentyabr anım günü ilə əlaqədar olaraq “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirildi.

Məqsəd Zəfər tariximiz haqqında şagirdləri məlumatlandırmaq, şəhidlərimizi hörmət və ehtiramla yad edilməsi, vətənpərvərlik tərbiyəsinin təkmilləşdirilməsidir. Tədbir şəhidlərin abidəsi önünə gül qoyma, Dövlət himninin oxunması və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin ruhunun 1 dəqiqəlik sukutla yad edilməsi ilə başladı. Məktəbin direktoru Məhluqə Əzizova 2020-ci il 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi haqqında şagirdlərə məlumat verdi. Bildirdi ki, 27 sentyabr Vətən müharibəsinin başlanma tarixi və möhtəşəm Qələbə tariximizdir. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında başlayan Vətən müharibəsində rəşadət göstərən əsgər və zabitlərimiz, xalqımızın əzmi və iradəsi, birliyi və həmrəyliyi nəticəsində 44 gün ərzində düşmənə sarsıdıcı zərbələr endirilmiş, düşmən altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Xalqımız şəhidlərimizi unutmur, hər zaman böyük hörmət və ehtiramla yad edir.

Tədbirdə iştirak edən qonaqlar, şəhid anaları çıxış edərək xalqımızın qələbə tarixindən danışmış, şəhidlərin xatirəsi yad edilmişdir.Tədbir şagirdlərin hazırladığı kompazisiya ilə davam etmişdir. Şəhidlərə, Qələbəmizə həsr olunmuş şeir və mahnılar səslənmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi