Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edildi

19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı ilə əlaqədar olaraq Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzaladı.

Rəsmi Bakı ötən il sentyabrın 19-da Qarabağda apardığı, separatçı Dağlıq Qarabağ Respublikasının ləğvi və on minlərlə erməni sakinin bölgəni tərk etməsi ilə nəticələnən birgünlük hərbi əməliyyatlarından sonra ölkənin ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini bəyan etmişdi.

Həmin əməliyyatlar zamanı 190-dan çox azərbaycanlı hərbçi həlak olmuş, 500-dən çoxu yaralanmışdı. 24 saat çəkən, Bakının "antiterror əməliyyatları" adlandırdığı döyüşlər Qarabağdakı separatçı hakimiyyətin təslim olmasından sonra dayandırıldı.

Bu gün məktəbimizdə də qürurla qeyd edildi. Məktəbin direktoru Məhluqə Əzizova Prezident İlham Əliyevin sərəncamını müəllim və şagirdlərin diqqətinə çatdırdı və 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı ilə bağlı geniş məlumat verdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi