"Yaşıl dünya naminə həmrəylik ili"

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində tədbirlərimiz davam edir. 23.09.2024 cü il tarixində 1B sinfinin ilk dərsi “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olundu.Məqsəd şagirdlərə təbiətə olan sevgi və məsuliyyət hissini aşılamaq, həmrəylik anlayışını izah etmək idi.Sinif müəllimi Nuranə Dövlətova özünün yazdığı “Təbiətin dostu” adlı hekayəsini oxudu.Sonda şagirdlərə “Bəs siz təbiəti qorumaq üçün nə vəd edirsiniz?” sualını ünvanladı.Şagirdlər aktiv şəkildə sualı cavablandırdılar.Daha sonra müəllim slaydda mövzu ilə bağlı suallar verdi və şagirdlər bir-birlərinin fikirlərini dinlədilər və yeni ideyalar, maraqlı cavablar səsləndirdilər.Şəkil çəkmə fəaliyyəti uşaqların yaradıcılığını,daxili dünyasını ortaya çıxartdı.Dərs sonunda hər bir şagird ekoloji problemlərin həllində birgə çalışmağın əhəmiyyətini anladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi