"Bilik günü" qeyd edildi

16 sentyabr 2024-cü il tarixində məktəbdə Bilik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə pedaqoji heyət, şagirdlər, valideynlər və qonaqlar iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin direktoru Məhluqə Əzizova giriş sözü ilə çıxış edərək məktəbə ilk dəfə qədəm qoyan birinciləri və təhsilini davam etdirən digər şagirdləri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib, onlara müvəffəqiyyətlər arzuladı. O, çıxışında bu gün ilk dərslərin "Yaşıl dünya naminə həmrəylik ili" mövzusuna həsr olunduğunu qeyd edib. Tədbirdə iştirak edən qonaqlar "Bilik Günü" münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, onlara xoş arzularını bildirdilər.

Birincilər də öz növbələrində çıxış edərək şeirlərlər söyləyib, mahnı oxuyub, rəqs etdilər. Tədbirin davamında 1 və 11-ci sinif şagirdlərinin iştirakı ilə yeni tədris ilinin ilk zəngi çalınıb. Beləliklə, doğma məktəb şagirdləri yenidən öz qoynuna alıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi