Təcrübə səfəri

    H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin 10p sinfinin "Aqronom köməkçisi" ixtisası üzrə təhsil alan şagirdləri 21.12.2023-cü il tarixində "Grand-Agro İnvitro" MMC-yə təcrübə səfəri etdilər. Şirkətin baş aqronomu Əli Vəliyev şagirdlərə aqronomluq peşəsinin üstün cəhətləri və bu sahədə necə uğur qazana biləcəklərini izah etdi. Daha sonra, istixanalarda yaradılmış əlverişli və münbit şəraitin bitkilərin sağlam yetişməsinə göstərdiyi müsbət təsirlə tanış oldular.

Müxtəlif calaq növlərini əyani şəkildə gördülər və "köz calağı"- nın aparılmasını təcrübədən keçirdilər. Bildirildi ki, bitkilərin laboratoriya və istixanalarda in-vitro üsulu ilə xüsusi diqqət göstərilərək yetişdirilməsi daha sağlam böyüməsi və bəhrə verməsinin əsas səbəbidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi