Ədəd oxu üzərində çıxma

    22.12.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin Fəaliyyət Planına əsasən "Riyaziyyat aylığı" çərçivəsində ibtidai sinif müəllimi Rəhmanova Ayselin rəhbərlik etdiyi 1 d sinfində "Ədəd oxu üzərində çıxma" mövzusunda nümunəvi dərsi keçirildi.

Dərs prosesi maraqlı təşkil olunmuşdu və yeni təlim metodlarından istifadə olundu. Şagirdlər "Azalan", "Çıxılan", "Fərq", "Cəm", "Çıxma" və "Toplama" qruplarına ayrılaraq öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Həmçinin şagirdlər ədəd oxu üzərində geri sayma, çıxma əməlini yerinə yetirdilər. Sinif çox aktiv idi, qruplar üzrə işdə əməkdaşlıq yüksək qiymətləndirildi.

Nümunəvi dərsdə məktəbin direktoru Sevinc Mustafayeva, direktor müavini Könül Cəlilova , metodbirləşmə rəhbəri Aysel Əliyeva , psixoloq Aygün Əsgərova və məktəbin digər müəllimləri iştirak etdilər. Keçirilən dərs məktəb rəhbərliyi tərəfindən müzakirə olundu, mənfi və müsbət cəhətlər qeyd edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi