KOMPÜTER ƏSRİ OLSADA, KOMPÜTERİN ƏSİRİ OLMAYAQ

    Bu gün gənclərin ən çox istifadə etdiyi texnoloji alətlərdən biri də kompüterlərdir. Telefonlar qədər olmasa da, kompüterlər insanlar arasında olduqca populyardır və demək olar ki, hər iki insandan birində kompüter var. İstifadəsi heç də qəliz olmayan kompüterlər bu gün bütün dünyada istər iş, istərsə də əyləncə məqsədi üçün olduqca geniş istifadə olunur. Bəzən kompüter və telefona aludəçilik o həddə çatır ki, insan onların əsirinə çevrilir.

Bu məqsədlə 21.12.2023-cü il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin psixoloqu A.Əsgərova və UBTR Ş.Orucova 6e sinif şagirdləri ilə "Kompüter əsri olsada, kompüterin əsiri olmayaq" başlığı altında maarifləndirici söhbət apardı.

Şagirdlərə kompüter və internetdən düzgün istifadə etməyin yolları öyrədildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi