Beynəlxalq Təcrübə Universitetinin Avropa Gənclərinin Yeni Baxışı adlı virtual beynəlxalq konfransı

    28 noyabr tarixində IIU( International Internship University) tərəfindən keçirilən IIU Youth Voice- New vision of Europe Youth (Avropa gənclərinin Yeni Baxışı) adlı virtual beynəlxalq konfransı keçirilib. Bu konfransda Birləşmiş Millətlər Təşkilatının SDG( (sustainable development goals) yəni Davamlılığın İkişafı üçün qoyulmuş Hədəflərindən, bu hədəflərə çatmaq üçün bu dünyanın sakini olaraq bizim edə biləcəklərimizdən danışılırdı. Müxtəlif ölkə nümayəndələrinin qatıldığı bu konfransda Azərbaycanı bizim məktəbimizin ingilis dili müəllimi Vəfa Salehovanın rəhbərliyi ilə 6 şagird təmsil etdi:

    Vəfa müəllimənin özü 1 nömrəli hədəf olan Zero poverty( Aclığa son), 7b sinif şagirdi Əzizə Hüseynova 6 nömrəli hədəf olan Clean Water and Sanitation ( Təmiz Su və Sanitariya), 8e sinif şagirdi Gülay Quliyeva 15 nömrəli hədəf olan Life on Land (Torpaq Ekosisteminin Mühafizəsi), 8e sinif şagirdi Zəhra Mayılova 4 nömrəli hədəf olan Quality Education ( Keyfiyyətli Təhsil), 8e sinif şagirdi Məhəmməd İskəndərli 13 nömrəli hədəf olan Climate Action ( İqlim Dəyişikliyinə Qarşı Mübarizə), 9a sinif şagirdi Ləman Quliyeva 14 nömrəli hədəf olan Life Below Water ( Dəniz Ekosisteminin Mühafizəsi), 9d sinif şagirdi Ləman Abdullayeva 16 nömrəli hədəf olan Peace, Justice and Strong Institutions (Sülh, Ədalət və Səmərəli İnstitutlar)

    Öz təqdimatlarından əlavə digər ölkə nümayəndələrinin təqdimatlarını da dinlədilər, müzakirələr apararaq fərqindəlik yaratmağa çalışdılar.

    Konfrans iştirakçılarına (Participation) iştirakçı sertifikatı təqdim olundu. Bizim müəllim və şagirdlərimizin hər birinə isə iki sertifikat təqdim olundu; IIU tərəfindən həm Participation həm də Speaker beynəlxalq sertifikatları göndərildi.

Bu konfrans hem IIU-nun YouTube kanalında həm də Facebook hesabında yayımlanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi