Mənalı ömrün izi ilə

    Xalqımız 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.

11.12.2023-cü il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin tarix müəllimi M.Kərimli 5a, 10b sinif şagirdləri ilə birgə Ulu Öndərin anım gününə həsr olunmuş tədbir təşkil etdi. Tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Onun həyat və fəaliyyətindən geniş söhbət açıldı.

Ruhun şad olsun Ümummilli Lider, Ulu Öndər!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi