İntihara yox deyirik!

    Son zamanlar intihar mövzusu gündəmdə olan mövzulardan biri sayılır. Hər il intihar bir çox insanların seçiminə çevrilir. Ən təhlükəlisi isə odur ki, intihar cavanlaşır – uşaq və yeniyetmələrin də həyatına son qoyur. Bu dövrdə onlar baş verən hər hansı bir çətinliklə üzləşən zaman problemdən çıxış yolunu tapa bilmədikləri, onu həll edə bilmədikləri üçün bu yola əl atırlar. Bu səbəbdən yeniyetmələr intiharın nə olduğunu və onunla necə mübarizə aparılacağını bilməlidirlər.

Bu münasibətlə 21.11.2023-cü il tarixində H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbin Təşkilatçısı Z.Sanıyeva,UBTR-i Ş.Orucova,psixoloq A.Əsgərova X sinif şagirdləri ilə “İntihara yox deyirik” mövzusunda maarifləndirici, tərbiyəvi söhbətlər apardı.  Söhbət zamanı şagirdlər tərəfindən verilmiş suallar cavablandırıldı. Şagirdlərin söylədikləri müxtəlif fikirlər müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi