İnsan alverinə qarşı mübarizə

    İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin-ağır formalarından biridir. O, bir-birilə qarşılıqlı əlaqəli olan iqtisadi, sosial, mədəni, siyasi və şəxsi amillərin doğurduğu mürəkkəb bir hadisədir. Bunlar, ilk növbədə yoxsulluğa qarşı zəiflik, demokratik mədəniyyətlərin olmaması, gender bərabərsizliyi və qadınlara qarşı zorakılıq, münaqişə və münaqişədən sonrakı vəziyyətlər, sosial inteqrasiyanın olmaması, imkanların, məşğulluğun, təhsilə çıxış imkanının olmaması, uşaq əməyi və ayrı-seçkilikdən irəli gəlir.

Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 21.11.2023-cü il tarixdə təşkilatçı Z.Sanıyeva, psixoloq A.Əsgərova və UBTR Ş.Orucova tərəfindən şagirdlərlə bu mövzu ilə bağlı maarifləndirici söhbətlər aparıldı. Şagirdlər mövzuya münasibət bildirib, bu mövzunu geniş şəkildə müzakirə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi