Heydər Əliyev Mərkəzinə Ekskursiya

    Azərbaycan keçmişinə bağlı, gələcəyinə inamla addımlayan müasir və qüdrətli ölkədir. Müasir Azərbaycan dünyada Ümumilli lider Heydər Əliyevlə tanındı. Və bu gün Heydər Əliyevin adını daşıyan Mərkəz müasir Azərbaycanın, müasir Bakının rəmzinə çevrilib. Heydər Əliyev Mərkəzinin binası bugünkü Azərbaycanın dinamik inkişafını, keçmişdən gələcəyə bağlılığını təcəssüm etdirir.

    16.11 2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Günay İsmayılova rəhbəri olduğu 2b sinif şagirdləri ilə Heydər Əliyev Mərkəzinə Ekskursiya təşkil etdi. Heydər Əliyev Mərkəzinə ekskursiya zamanı mərkəzin əməkdaşları şagirdlərə qeyri-adi mürəkkəb quruluşa malik və unikal tikili haqqında məlumat verdilər.

Qeyd edək ki,şagirdlər üçün ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaqdan ibarətdir. Ekskursiyanın sonunda şagirdlərin yeni öyrəndiyi biliklər ümumiləşdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi