Çərşənbə iməciliyi keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekologiya və Sağlamlıq”istiqamətində “Çərşənbə iməcilikləri” layihəsinə start verilib.Layihənin həyata keçirilməsində əsas məqsəd ekoloji dünyagörüşə malik insanlar yetişdirmək üçün ekoloji bilik, ekoloji mədəniyyət və ekoloji etikanın formalaşdırılması,Azərbaycanın tarixi, adət-ənənələri ilə bağlı məlumatlandırılması, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasından ibarətdir.21 fevral ilk çərşənbə – Su çərşənbəsi ilə əlaqədar olaraq məktəbdə “Çərşənbə iməcilikləri” layihəsinin keçirilməsinə start verilmişdir.Məktəbin IV,VIII və X sinif şagirdləri məktəbin həyətyanı sahəsində təmizlik işləri həyata keçirdilər.Onlar həyətyanı sahədən alaq otlarını təmizləyib,ağacları suvardılar.Qızların iştirakı ilə su çərşənbəsinə aid şeirlər,akışdalar söyləndi. Novruz bayramının tarixi, Novruz adət-ənənələri barədə məlumatlar verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi