Əl işləri sərgisi

26 dekabr 2019-cu il tarixində I siniflər arasında “Sehrli rəqəmlər” başlığı altında əl işləri sərgisi keçirildi.Sərginin məqsədi  rəqəmləri yenicə öyrənmiş I sinif şagirdləri,onların valideynləri və müəllimlərinin birgə əməyini əks etdirmək və qiymətləndirmək idi.Belə ki,sərgi həm də müsabiqə xarakteri daşıyırdı.Ən yaxşı üç sinfin işi diploma layiq görülməli idi.Sərgidə iştirak edən ibtidai sinif müllimləri,təşkilatçı Elnarə Kərimova,ibtidai siniflərin T.T.İ üzrə direktor müavini Fatimə Bəşirova işlərə qiymət verərək,ən yaxşı işləri müəyyənləşdirdilər və tutduqları yerləri qeyd etdilər.Daha sonra onlar belə sərgilərin tez-tez keçirilməsinin vacibliyini vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi