Nailiyyətlərimiz

Zeynalov Əli2013-cü ildə Free Fighting döyüş növləri üzrə açıq Bakı turnirdə - kikboks üzrə yarışda 10-12 yaş arası, 25 kq çəki dərəcəsində II, Azərbayca Respublikasının Milli Qəhrəmanı Cavanşir Rəhimovun xatirəsinə həsr olunmuş Lou-kik və Karate üzrə yarışda 25 kq çəki dərəcəsində II, “Uşu sanda” üzrə uşaq, yeniyetmə və gənclər arasında “Gələcəyin çempionatları” açıq turnirində 8-9 yaş arası, 25 kq çəki dərəcəsində II, Seibukai Kontakt Karate idman növü üzrə Bakı şəhər açıq çempionatında 8-9 yaş arası 25 kq çəki dərəcəsində II, 2014-cü ildə Azərbayca Respublikasının Milli Qəhrəmanı Aqarunov Albert Aqarunoviçin xatirəsinə həsr olunmuş “Uşu sanda” üzrə turnirdə 9-10 yaş arası 25 kq çəki dərəcəsində II yerə layiq görüldüyünə görə diplomlarla təltif olunub.

Ağazadə Ağakişi2015-ci ildə “Qatal Peşəkar İdman Klubu”nun “May-Tay” idman növü üzrə Bakı şəhərində təşkil etdiyi klublararası açıq respublika turnirində 28 kq çəki dərəcəsində I, “Kikboksinq” idman növü üzrə Klublararası Respublika turnirində 30 kq çəki dərəcəsində II, Xocalı Soyqırımına həsr olunmuş klublararası turnirində 30 kq çəki dərəcəsində I, 2016-cı ildə “Kikboksinq” idman növü üzrə Klublararası turnirində 30 kq çəki dərəcəsində III yerə layiq görüldüyünə görə diplomlarla təltif olunub.

Əhmədova Həvva2017-ci və 2018-ci illərdə “Doğma diyar” və “Mənim yay tətilim” adlı Respublika uşaq müsabiqələrinin yekun sərgilərində və həmin illərdə Zirə qəsəbəsi Mədəniyyət Mərkəzi tərəfindən “18 Oktyabr Milli Müstəqillik Günü” münasibətilə keçirilən sərgilərdə, 2018-ci ildə isə “Qədim Azərbaycan müasir gənclərin gözü ilə”adlı Art festifalında fəal iştirakına diplomlarla təltif olunub.

HAQQIMIZDA

     Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbin əsas...

BİZİM FƏXRLƏRİMİZ

Əminə Əsgərova Balababa qızı

İsa Hüseynzadə Məmmədəli

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi