“Füzuli 530” adlı qəzəl müsabiqəsi keçirildi

    "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə əlaqədar məktəbdə Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş qəzəl müsabiqəsi keçirildi.

    Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimlərinin təşkil etdiyi müsabiqədə dahi şairimizin qəzəlləri ifa olundu. Münsiflər heyətinin qiymətləndirmələrindən sonra ballar hesablanaraq qaliblər müyyyən edildi. Tədbirdə qonaq qismində Zirə qəsəbə ziyalıları, ictimai təşkilatların nümayəndələri iştirak etdilər.

    Tədbirin keçirilməsində məqsəd məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi