Badminton turniri

    Məktəbdə Xəzər rayonu məktəbləri arasında Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş badminton turniri keçirildi. Turnirdə 14 məktəbin komandası yarışdı. Komandalar həm müəllimlərdən, həm də şagirdlərdən təşkil olunmuşdu. 120 nömrəli tam orta məktəb, Bakı Şəhər Gənclər və İdman İdarəsi və Badminton Fedarasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirə məktəblər böyük həvəslə qatıldılar.

Müəllim komandaları üzrə qaliblər:

I yer - 123 nömrəli tam orta məktəb

II yer - 156 nömrəli tam orta məktəb

III yer - 322 nömrəli tam orta məktəb

Şagird komandaları üzrə qaliblər:

I yer - 123 nömrəli tam orta məktəb

II yer - 156 nömrəli tam orta məktəb

III yer - 92 nömrəli tam orta məktəb

    Tədbirdə məktəb direktorları da iştirak edirdi. Qaliblərə mükafatları Xəzər Rayonu İcra Başçısı müavini Lalə Əhmədova, 120 nömrəli tam orta məktəbin direktoru Nazilə Məmmədova, BŞGİİ-nin Xəzər rayonu üzrə gənclər və idman sektorunun müdiri Gündüz Vəliyev, Xəzər Rayonu Həmkarlar Təşkilatının sədri Həzərxan Əbilov, Azərbaycan Badminton Federasiyasının rəsmisi Aydan Məmmədhəsənova təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi