Buraxılış imtahanı ilə bağlı söhbət aparılmışdır

    Məktəbin 9-cu sinif şagirdləri ilə 21 aprel 2024-cü il tarixdə keçiriləcək Buraxılış imtahanı ilə bağlı söhbət aparılmışdır. Tədbirin təşkil olunmasında məqsəd 9-cu sinif şagirdlərində buraxılış imtahanı zamanı psixoloji hazırlığı gücləndirmək, imtahanda davranış normaları ilə tanış etmək, cavab kartının kodlaşdırılması ilə bağlı məsələləri diqqətə çatdırmaq, həmçinin şagirdləri 9-cu sinif Buraxılış imtahanında yüksək nəticə göstərməyə stimullaşdırmaq olmuşdur. Tədbir zamanı şagirdlərin sualları cavablandırılmış, onlarda imtahana həssas münasibət olduğu müşahidə edilmişdir. Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini ilə yanaşı məktəbin yüksək nəticə göstərmiş bir neçə nəfər 10-cu və 11-ci sinif şagirdləri də iştirak etmişdirlər. Onlar 9-cu sinif Buraxılış imtahanının əhəmiyyətindən danışmış və topladıqları yüksək balın gələcək təhsil hədəflərində rolundan danışmışdırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi