Milli-mənəvi dəyərlərimiz

    Hər bir xalqın milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti, özünəməxsus adət-ənənələri onun tarixi qədimliyinin əsas göstəricilərindəndir. Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, qədim adət-ənənələrinə həmişə sadiq olmuşdur. Nüsrət Yaqubov adına 120 nömrəli məktəbin 7Ç sinfində "Milli- mənəvi dəyərlərimiz" adlı söhbət aparıldı. Məktəbin UBTR-i Atakişiyeva Bəyimxanım şagirdlərə ən böyük milli dəyərimiz olan ana dilimiz, "Ana dilimiz"in qorunması üçün Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri, ədəbiyyatımız, tariximiz , musiqimiz, bütün Azərbaycanlıları birləşdirən qədim adət-ənənələrimiz haqqında danışdı . Şagirdlərə mövzu dairəsində milli kinolarımız olan "Babək", "Axırıncı aşırım", "Papaq"-dan ibrətamiz səhnələr nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi