Qanlı Yanvar

17 yanvar 2018-ci il tarixinə rus dili müəllimi Əfəndiyeva Gülnarə Lətif qızının təşkilatçılığı ilə 9b sinfində “ Qanlı Yanvar” ın 28-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin direktoru N.F.Ağcayev , təlim- tərbiyə işləri üzrə direktor müavini E.H.Muqumov və məktəbin müəllimləri iştirak edirdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərin ruhu 1  dəqiqəlik sükutla anıldı. Daha sonra aparıcılar bu gün haqqında ətraflı məlumat verdilər, şagirdlərin ifasında vətənpərvərlik şeirləri, mahnıları səsləndirildi. Müxtəlif slaydlar, videoçarxlar nümayiş olundu. Sonda çıxış edən məktəbin direktoru həmin dövr hadisələri haqqında danışdı və qan bahasına əldə  olunmuş azadlığımızın qorunub saxlanılmasının hər birimizin əsas vətəndaş borcu olmağını şagirdlərin diqqətinə çatdırdı. Tədbir “Torpağın səsi” mahnısının sədaları altında yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi