15-sentyabr Bilik günüdür.

Azərbaycanda 15 sentyabr tarixi ,,Bilik günü,, kimi qeyd olunur. Bu gün 2004-cü ilə qədər sentyabrın 1-nə təsadüf edirdi. Lakin cənab prezident İlham Əliyevin 21 avqust 2004-cu il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün “Bilik günü” kimi qeyd olunur.
15 sentyabr – Bilik günü münasibətilə məktəbin direktoru Nizaməddin Ağcayev, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Anar Əsədullayev ilə birlikdə birinciləri təbrik etdi. Onlar öz arzularını və tövsiyələrini şagirdlərə çatdırdılar.
Tədbirdə çıxış edən Anar Əsədullayev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin salamını və təbrikini şagirdlərə çatdırdı.