Suraxanıda 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirildi

Sentyabrın 11-də Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 2025/2026-cı tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunmuş rayon məktəblərinin məzunları ilə görüş keçirilib.
Görüş zamanı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev ali məktəblərə qəbul olan gəncləri təbrik edib,onlara fəxri fərman və hədiyyələr təqdim edib.
Həmin gənclər arasında məktəbimizin məzunu Kərimova Fidan da var idi.Kərimova Fidan İqtisad Universitetinin informasiya təhlükəsizliyi ixtisasına qəbul olub
.Fidanı təbrik edirik,ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.
600-dən çox bal toplayan məzunlarla keçirilən görüş gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Tədbirdə yaradılan yüksək şəraitə və göstərilən səmimi münasibətə görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Əliyevə, YAP Suraxanı Rayon Təşkilatının Sədri cənab Vüqar Seyidova dərin təşəkkürümüzü bildiririk.