Ədəbi bilicilər

06.12. 2017-ci il tarixində “Ədəbi bilicilər” müsabiqəsinin ilk(məktəb) mərhələsinin seçim turu təşkil olundu. Müsabiqə zamanı şagirdlər onlara təqdim olunmuş sorğu anketində əks olunmuş sualları cavablandırmış və öz imzaları ilə anketi təsdiqləmişlər.

“Ədəbi bilicilər” müsabiqəsinin məktəb mərhələsində 8, 9, 10, 11-ci sinif şagirdləri iştirak edirdi. Şagirdlərin demək olar ki,  hamısı bədii mütaliə ilə məşğul olur, bədii ədəbiyyata maraq göstərirlər.

   Müsabiqənin sonunda 2 qalib müəyyənləşdirildi. 8 və 9-cu siniflərdə  iştirak edən şagirdlər içərisindən 9c sinfində oxuyan Abdıyeva Nərmin Adil qızı, 10 və 11-ci sinif şagirdləri içərisindən 10a sinfində oxuyan Minəxanova Fatimə Elxan qızı nəticələrinin üstünlüyünə görə qalib elan olundu. Adı çəkilən hər iki şagird fikirlərini aydın, konkret ifadə etmiş, şifahi sual-cavabda fəallıq göstərmiş, xeyli bədii nümunə adı qeyd etmişdilər. Mütaliə etdiyi bədii nümunələrlə bağlı müəllimlər tərəfindən (Azərbaycan dili və ədəbiyyat müəllimləri Məhərrəmova Çinarə, Qaybalıyeva Nüşabə və Məmmədova Aynur) verilən  suallara da məntiqi cavablar vermişlər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi