"Son zəng" tədbiri keçirildi.

İyunun 14-də məktəbin illik Fəaliyyət planının 1.3.29-cu bəndinə uyğun olaraq 2023-2024 cü tədris ilinin "Son zəng" tədbiri keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı, valideynlər və ictimaiyyətin nümayəndələri də iştirak edirdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət bayrağının gətirilməsi və Himninin səsləndirilməsi ilə başlanıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri məktəbin direktoru Nizaməddin Ağcayev açıq elan etdikdən sonra,2023-2024 cü tədris ili ərzində şagirdlərimizin ugurlarından və nailiyyətlərindən danışdı.Direktor çıxışindan sonra Dövlət İmtahan mərkəzi tərəfindən keçirilən imtahanlarda yüksək nəticə göstərmiş şagirdlərimizi təbrik edib, onları fəxri fərmanlarla təltif etdi.

Sonra tədbirdə iştirak edən qazilər,icra hakimiyyəti nümayəndəsi,kənd icma nümayəndəsi şagirdlərə öz xoş arzularını bildirdilər.

Tədbirin bədii hissəsində şagirdlərimiz mahnı oxuyub,rəqs nömrələri nümayiş etdirdilər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi