"İntihar-yeniyetmə və gənclər arasında aktual problem" mövzusunda tədbir keçirilib.

İnsan hüquqları aylığı çərçivəsində 118 nömrəli tam orta məktəbdə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ,"İntihar-yeniyetmə və gənclər arasında aktual problem" mövzusunda tədbir keçirilib.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının müvaini Könül Axundova, Suraxanı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Rəşid Məmmədov , Höcət İbn Həsən məscidi dini icmasın sədri Allahverən Məmmədzadə, E.Cəfərov adına nömrəli tam orta məktəbin direktoru Nizaməddin Ağcayev, Hövsan ağsaqqalar şurasının sədri Hüseyncan Rəhimov, Suraxanı Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş bölməsinin rəisi Əfqan Ağayev, məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.

Tədbir əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilməsi,sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək şəhid olmuş igid oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Sonra mövzu ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısının müavini Könül Axundova,E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin direktoru Nizaməddin Ağcayev,psixoloqu Aytac Məmmədova,Suraxanı Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş bölməsinin rəisi Əfqan Ağayev,Höcət İbn Həsən məscidi dini icmasın sədri Allahverən Məmmədzadə çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi