"Valideynin məktəbdə bir günü" adlı layihə keçirilib.
15 may "Beynəlxalq Ailə Günü" ərəfəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Valideyn-müəllim-şagird" üçbucağı adlı layihəsi çərçivəsində məktəb rəhbərliyi tərəfindən məktəbin 5-6 cı sinif şagirdlərinin valideynləri ilə valideyn və məktəb arasında ünsiyyət platformasını genişləndirmək,eyni zamanda övladlarının təhsilinə nəzarət işində diqqəti artırmaq məqsədilə "Valideynin məktəbdə bir günü" adlı layihə keçirilib.
Layihənin əsas məqsədi valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi, effektiv kommunikasiyanın qurulması üçün yeni yanaşmaların tətbiq olunması, qarşılıqlı əməkdaşlığın səmərəli müstəviyə köçürülməsidir.