Məktəb həyətində şəhidimizin adını əbədiləşdirmək məqsədilə ağac əkimi baş tutub.

"Yaşıl dünya naminə həmrəylik ili"çərçivəsində məktəb həyətində şəhidimizin adını əbədiləşdirmək məqsədilə şam ağacı əkilmişdir.

Şəhidlərin xatirəsini hər zaman yüksək tutmaq yaşatmaq,bizim üçün şərəfdir.Bu gün təbiətin ən gözəl fəsli yazın gəlişi,yel çərşənbəsi günüdür.Məhz bu gün məktəbimizin ibtidai sinif müəllimi Şəlalə Novruzovanın rəhbərlik etdiyi 3 ə sinif şagirdləri və valideynləri, məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Kəmalə Əmirzadənin, təlim -tərbiyə işləri üzrə direktor müavini Güllər Məmmədlinin iştirakı ilə şəhid Mayor Elxan Nəcəfinin əziz xatirəsini əbədiləşdirmək məqsədilə məktəbin həyətyanı sahəsində ağac əkilmiş, xatirə lövhəsi vurulmuşdur.Şəhidlərin adını əbədiləşdirmək hər birimizin borcudur.İllər keçdikcə bu ağacı əkən hər bir şagirdin xatirəsində əbədi qəhrəman yaşayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi